Kommunal ödənişlər

Kommunal borc izləmə və onlayn ödəniş sistemi

Kommunal borcların toplanması bina idarəçiliyinin vaxt və resurs tələb edən proseslərindən biridir. MənzilPark bu prosesi rəqəmsallaşdırır: hesablamalar mənzillər üzrə aparılır, sakin borcunu tətbiqdə görür və onlayn ödəyir, idarəçi isə hər ödənişi hesabatda izləyir.

Beləliklə, sakinlər ödəməli olduqları məbləğləri və ödəniş tarixçəsini daha rahat izləyə, idarəçilər isə yığım və hesabat proseslərini bir platformadan idarə edə bilirlər.

Sakin borcunu və tarixçəsini tətbiqdə görür

Hər sakin mobil tətbiqə daxil olaraq mənzilinə aid cari və keçmiş kommunal borclarını, həmçinin ödəniş tarixçəsini asanlıqla izləyə bilər. Borc məlumatlarını öyrənmək üçün hər dəfə idarəçiyə müraciət etməyə ehtiyac qalmır.

Kart və elektron pul kisəsi ilə onlayn ödəniş

Sakinlər kommunal ödənişləri, bina xidmət haqqını və parkinq ödənişlərini bank kartları və elektron pul kisələri vasitəsilə tətbiqdən həyata keçirə bilərlər.

  • Kommunal xidmətlər
  • Bina xidmət (idarəetmə) haqqı
  • Parkinq ödənişləri

Bütün ödəniş kanalları bir hesabatda

Onlayn ödənişlərlə yanaşı, nağd və POS-terminal ödənişləri də sistemdə qeydə alınır və hər kanal üzrə ayrıca göstərilir. İdarəçi aylıq gəlir, xərc və digər maliyyə göstəricilərini, ödəniş tarixçəsini və il üzrə statistikanı bir paneldə izləyə bilir.

Bildirişlər və elanlar

Ödəniş xatırlatmaları və bina elanları bir kliklə sakinlərə göndərilə bilər. Vaxtında təqdim olunan bildirişlər sakinlərin məlumatlandırılmasını və ödəniş prosesinin idarə olunmasını asanlaşdırır.

Ödəniş prosesi necə işləyir?

1

Tariflər daxil edilir

İdarəçi tarifləri və sayğac göstəricilərini sistemə daxil edir.

2

Borc hesablanır

Hesablamalar hər mənzil üzrə müəyyən edilmiş qaydalara əsasən aparılır.

3

Sakin onlayn ödəyir

Sakin borcunu tətbiqdə görür və kart və ya elektron pul kisəsi ilə ödəyir.

4

Ödəniş hesabata düşür

Ödəniş sistemdə qeydə alınır və maliyyə hesabatında əks olunur.

Tez-tez verilən suallar

Sakinlər kommunal ödənişləri sistem üzərindən edə bilərlərmi?

Bəli. Sakinlər mənzillərinə aid kommunal ödənişləri, bina xidmət haqqını və parkinq ödənişlərini MənzilPark mobil tətbiqi vasitəsilə həyata keçirə bilərlər.

Sakinlər borclarını necə görə bilər?

Hər bir sakin tətbiqə daxil olaraq mənzilinə aid cari və keçmiş kommunal borclarını və ödəniş tarixçəsini izləyə bilər.

Nağd ödənişlər də sistemdə görünürmü?

Bəli. Onlayn ödənişlərlə yanaşı, nağd və POS-terminal ödənişləri də sistemdə qeydə alınır və maliyyə hesabatında ödəniş kanalları üzrə ayrıca göstərilir.

Mobil tətbiq hansı platformalarda mövcuddur?

Tətbiq həm iOS (App Store), həm də Android (Google Play) cihazları üçün mövcuddur.

Digər həllər

Yaşayış kompleksi idarəetməsi üçün vahid platforma

Yaşayış kompleksləri və MTK-lar üçün idarəetmə proqramı: sakin bazası, tariflər, kommunal borclar, müraciətlər, parkinq və maliyyə hesabatları bir yerdə.

Ətraflı →

Yaşayış kompleksləri üçün parkinq idarəetmə sistemi

Yaşayış kompleksləri üçün parkinq sistemi: nömrə tanıyan kamera ilə avtomatik giriş-çıxış, şlaqbaum inteqrasiyası, qonaq girişi və onlayn parkinq ödənişi.

Ətraflı →

Binanızı Mənzil Park ilə idarə edin

Suallarınız var? Müraciət göndərin, komandamız sizinlə əlaqə saxlasın.

Müraciət edin