Sakinlər üçün

Bina sakinləri üçün bütün xidmətlər bir mobil tətbiqdə

Mənzil Park mobil tətbiqi binanızla bağlı gündəlik işləri bir yerə toplayır. Kommunal borcunuzu görür və onlayn ödəyir, idarəçiyə müraciət göndərir, avtomobil və parkinq məlumatlarınızı idarə edir, bina xəbərlərini ilk siz öyrənirsiniz.

Tətbiq iOS və Android cihazları üçün pulsuz yüklənir. Binanız Mənzil Park sistemindən istifadə edirsə, qeydiyyatdan keçdikdən sonra mənzilinizə aid bütün məlumatlar tətbiqdə görünür.

Mənzil Park tətbiqinin ana ekranı: mənzilin aylıq ödənişi, ümumi borc və Ödəniş et düyməsi

Tətbiqdə nələr edə bilərsiniz?

Kommunal ödənişlər və borcların izlənməsi

Mənzilinizə aid aylıq ödənişi, ümumi borcu və ödəniş tarixçəsini görün. Bütün borcu, aylıq məbləği və ya istədiyiniz məbləği kartla və ya Apple Pay ilə bir neçə toxunuşla ödəyin.

Kommunal ödəniş sistemi →
Mənzil Park tətbiqində kommunal borcun kartla və ya Apple Pay ilə onlayn ödənişi

Yaxınlıqdakı şarj məntəqələri

Mənzilinizə yaxın şarj məntəqələrini tətbiqdəki xəritədən görün.

Mənzil Park tətbiqində xəritədə yaxınlıqdakı elektrik şarj məntəqələri

Ev xidmətləri və digər ödənişlər

Təmizlik, xalça yuma, sığorta, damafon və su filtri kimi ev xidmətlərini tətbiqdən sifariş edin. Mobil, telefon, internet və televiziya ödənişlərini də buradan edə bilərsiniz.

Mənzil Park tətbiqində ev xidmətləri və mobil, internet, kommunal, parkinq ödənişləri

Avtomobil və parkinq məlumatları

Avtomobillərinizin nömrələrini əlavə edin, parkinq məlumatlarınızı idarə edin, qonaq və kuryerlər üçün birdəfəlik giriş linki paylaşın.

Parkinq idarəetmə sistemi →

Bina xəbərləri və elanlar

Su və işıq kəsintiləri, təmir işləri, iclaslar və digər elanlar idarəçidən birbaşa telefonunuza bildiriş kimi gəlir.

Sakin müraciətləri

Nasazlıq, təklif və ya şikayətinizi foto ilə birlikdə göndərin, müraciətin hansı mərhələdə olduğunu tətbiqdən izləyin.

Tətbiqdən necə istifadə etməyə başlamaq olar?

1

Tətbiqi yükləyin

App Store və ya Google Play-dən Mənzil Park tətbiqini pulsuz yükləyin.

2

Qeydiyyatdan keçin

Mobil nömrənizlə qeydiyyatdan keçin və binanızı seçin.

3

Mənzilinizi qoşun

Bina idarəçisi təsdiqlədikdən sonra mənzilinizə aid məlumatlar tətbiqdə görünür.

4

Xidmətlərdən istifadə edin

Ödəniş edin, müraciət göndərin, parkinqi və digər xidmətləri tətbiqdən idarə edin.

Tez-tez verilən suallar

Mənzil Park mobil tətbiqi pulsuzdur?

Bəli. Tətbiqi App Store və Google Play-dən pulsuz yükləyə bilərsiniz.

Tətbiq hansı cihazlarda işləyir?

Tətbiq həm iOS (iPhone), həm də Android cihazları üçün mövcuddur.

Binam Mənzil Park-dan istifadə etmirsə, tətbiqdən istifadə edə bilərəmmi?

Bəli, siz daxil ola, mənzilinizi əlavə edə və bir çox funksionallıqlardan yararlana bilərsiniz!

Kommunal borcumu tətbiqdən necə ödəyə bilərəm?

Tətbiqə daxil olduqdan sonra mənzilinizə aid borcları görürsünüz. Ödəmək istədiyiniz xidməti seçib bank kartı və ya elektron pul kisəsi ilə onlayn ödəyə bilərsiniz. Ödəniş dərhal sistemdə qeydə alınır.

Göndərdiyim müraciətin statusunu necə izləyə bilərəm?

Tətbiqdəki müraciətlər bölməsində göndərdiyiniz bütün müraciətləri və onların cari statusunu görə bilərsiniz. Status dəyişdikdə bildiriş alırsınız.

Digər həllər

Kommunal borc izləmə və onlayn ödəniş sistemi

Binalar üçün kommunal ödəniş sistemi: sakin borcunu və tarixçəsini tətbiqdə görür, kart və ya elektron pul kisəsi ilə ödəyir, idarəçi hər ödənişi izləyir.

Ətraflı →

Yaşayış kompleksləri üçün parkinq idarəetmə sistemi

Yaşayış kompleksləri üçün parkinq sistemi: nömrə tanıyan kamera ilə avtomatik giriş-çıxış, şlaqbaum inteqrasiyası, qonaq girişi və onlayn parkinq ödənişi.

Ətraflı →

Yaşayış kompleksi idarəetməsi üçün vahid platforma

Yaşayış kompleksləri və MTK-lar üçün idarəetmə proqramı: sakin bazası, tariflər, kommunal borclar, müraciətlər, parkinq və maliyyə hesabatları bir yerdə.

Ətraflı →

Mənzil Park tətbiqini indi yükləyin

App Store və ya Google Play-dən pulsuz yükləyin. Kompüterdəsinizsə, QR kodu telefonunuzun kamerası ilə skan edin.